Kanada ABŞ ilə “ticarət müharibəsini” istisna etmir

2025/01/1736766757.jpg
Oxunub: 538     15:11     13 Yanvar 2025    
Kanada hökuməti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun Kanada mallarına qarşı tətbiq edə biləcəyi 25 faizlik gömrük rüsumlarına qarşı cavab tədbirlərini istisna etmir.

Ordu.az CTV telekanalına istinadən xəbər verir ki, bu barədə Kanada XİN rəhbəri Melani Joli deyib.

Joli ABŞ-la potensial ticarət müharibəsi zamanı Kanadanın yürüdəcəyi siyasəti müzakirə etmək üçün çərşənbə günü baş nazir Castin Trüdo və Kanada əyalətlərinin başçıları ilə görüşəcək.

Ardınca isə XİN rəhbərin Trampın komanda üzvləri və konqresmenlərlə danışıqlar aparmaq üçün Vaşinqtona yollanacaq. Məlumata əsasən, Trüdonun baş nazir postundan istefa verməyə hazırlaşması fonunda, Kanadanın potesial cavab tədbirləri məsələsində Joli indi daha önəmli rol oynayır.

"Onu başa düşməliyik ki – təhdid realdır və biz hərəkətsiz qalmamışıq. Ona görə ölkənin bütün siyasi liderlərini bir cərgəyə gəlmə çağırıram, indi parçalanma vaxtı deyil. İndi zəiflik göstərmək vaxtı deyil. İndi güc və birlik vaxtıdır”, - deyə XİN rəhbəri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin