Nigeriya ordusu mülki əhaliyə aviazərbələr endirib - 16 ölü

2019/01/Niger-1546514991.jpg
Oxunub: 533     14:33     13 Yanvar 2025    
Nigeriya ordusunun ölkənin şimal-qərbində yerləşən Zamfara əyalətinə endirdiyi aviazərbələr nəticəsində azı 16 mülki şəxs həlak olub. Hərbçilərin dinc sakinləri mütəşəkkil cinayətkar dəstə üzvləri bilib zərbələr endirdiyi ehtimal edilir.

Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Aviazərbələrdə hədəf Zurmi və Maradun rayonlarında fəaliyyət göstərən silahlı cinayətkar dəstələr olub.

“Əməliyyatın gedişində bir neçə quldur dəstə üzvü uğurlu şəkildə zərərsizləşdirilib və girov götürülmüş şəxslərin bəziləri azad edilib, bununla belə, Nigeriya hava qüvvələri əməliyyat zamanı dinc sakinlər arasında olan itkilərlə bağlı xəbərlərdə son dərəcə narahatdır”, - deyə Nigeriya Hava Qüvvələrinin məlumatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Ordu  


Bizi "telegram"da izləyin