Ordu.az xəbər verir ki, bu açıqlama ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin İranın raket proqramı ilə mübarizəyə dair qanun layihəsini nəzərdən keçirməsindən bir neçə saat öncə verilib.
Hacızadə ABŞ prezidenti Donald Trampa işarə edərək bildirib: “Müdafiə Nazirliyi və müdafiə sənayesi qorxu və təzyiqə baxmayaraq, raket gücümüzü inkişaf etdirməyə davam edəcək. Amerikalı iş adamlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur”.
Hacızadə qeyd edib ki, inşa ediləcək yeni “yer-yer” raketinin adı “Dezful” olacaq.
SEPAH komandanı Trampın İranın raket proqramı ilə bağlı narahatlığına toxunaraq deyib: “Cənab Tramp prezident seçilməzdən əvvəl iş adamı kimi tanınırdı. Ancaq bu cür bəyanatlar bizim işimizə təsir etmir”.
Sevinc Əliyeva
Ordu.az