Türkiyədə inşası davam edən 31 döyüş gəmisi hansılardır? – ARAŞDIRMA (FOTOLAR)

2025/01/1736756435.jpg
Oxunub: 1119     14:39     13 Yanvar 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) son zamanlar döyüş gəmiləri və bu gəmilər üçün sensor, silah sistemi layihələri ilə gündəmə gəlib. Hazırda Türkiyənin müxtəlif gəmiqayırma zavodlarında Türkiyə HDQ üçün 31 fərqli döyüş gəmisinin inşa fəaliyyətləri davam edir.

Ordu.az olaraq bu gəmiləri tərtib etdik...

MİLGEM “İstif” sinfinə məxsus freqatlar

Milli Gəmi (MİLGEM) Layihəsi çərçivəsində istehsal edilən ilk 4 gəmi olan “Ada” sinfinə məxsus korvetlər hazırda Türkiyə HDQ-nin inventarındadır. 5-ci gəmidən etibarən MİLGEM “İstif” sinfinə məxsus freqatın inşasına başlanılıb və ilk gəmi olan TCG “İstanbul” (F-515) freqatı inventardadır.

Digər tərəfdən, 7 ədəd “İsti” sinfinə məxsus freqatın inşası davam edir.


Bunlar aşağıdakı kimidir:

Platformanın adı - İnşa edildiyi gəmiqayırma zavodu

MİLGEM-6 (İzmir) - “Anadolu” Gəmiqayırma Zavodu
MİLGEM-7 (İzmit) - “Sedef” Gəmiqayırma Zavodu
MİLGEM-8 (İçel) - “Sefine” Gəmiqayırma Zavodu
MİLGEM-9 - “Anadolu” Gəmiqayırma Zavodu
MİLGEM-10 - “Sedef” Gəmiqayırma Zavodu
MİLGEM-11 - “Sefine” Gəmiqayırma Zavodu
MİLGEM-12 - “Anadolu” Gəmiqayırma Zavodu


“Hisar” sinfinə məxsus DPG-lər

Digər tərəfdən, MİLGEM Korvet dizaynına əsaslanan, lakin fərqli faydalı yük və hərəkət sistemlərinə malik olan “Hisar” sinfinə məxsus Dəniz Patrul Gəmiləri (DPG) üçün də inşa işləri davam edir. Ümumilikdə 6 ədəd DPG inşa edilir və bu rəqəmin 10-a çatdırılması hədəflənir. Bunlar aşağıdakı kimidir:


Platformanın adı - İnşa edildiyi gəmiqayırma zavodu

DPG-1 (Akhisar) - “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı
DPG-2 (Koçhisar) - “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı
DPG-3 - “Dearsan”/”Desan”/”Özata”
DPG-4 - “Dearsan”/”Desan”/”Özata”
DPG-5 - “Dearsan”/”Desan”/”Özata”
DPG-6 - “Dearsan”/”Desan”/”Özata”

Yeni Tip Sualtı Qayıq Layihəsi (YTSQL) “Reis” sinfinə məxsus sualtı qayıqlar

YTSQL çərçivəsində 6 ədəd “Reis” sinfinə məxsus sualtı qayığın istehsalı hədəflənir. İlk gəmi olan TCG “Pirireis” inventara çox yaxınlarda daxil oldu. Digər 5 gəmi aşağıdakılardır:


Platformanın adı - İnşa edildiyi gəmiqayırma zavodu

YTSQL-2 (Hızıreis) - “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı
YTSQL-3 (Muratreis) - “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı
YTSQL-4 (Aydınreis) - “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı
YTSQL-5 (Seydialireis) - “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı
YTSQL-6 (Selmanreis) - “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı

Yeni Tip Mina Axtarış Gəmisi (YTMAG-1)

YTMAG-1 Layihəsi çərçivəsində “Dearsan” Gəmiqayırma Zavodunda 1 gəminin inşa işləri davam edir.

“Türk” Tipli Hücum Qayığı

STM daxilində Milli Hücum Qayığının inşası davam edir. Layihə “Türk” Tipli Hücum Qayığı Layihəsi” kimi tanınır. Layihə haqqında ilk dəfə 2021-ci ildə məlumat yayılıb.


Yeni Tip Sürətli Desant Gəmiləri (YLCT)

YLCT Layihəsi çərçivəsində 8 gəmi inşa edilir. Bunlar xüsusilə Amfibiya Piyadaları üçün kritik əhəmiyyətə malikdir, TCG “Anadolu” kimi böyük gəmilərdəki desant birlikləri və vasitələrin sahilə çıxarılmasında missiya yerinə yetirir.

Bu gəmilər aşağıdakılardır:

Platformanın adı - İnşa edildiyi gəmiqayırma zavodu

YLCT-1 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-2 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-3 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-4 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-5 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-6 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-7 - “Anadolu” Gəmiqayırma Zavodu
YLCT-8 - “Anadolu” Gəmiqayırma Zavodu


MİLDEN Layihəsi

Milli Sualtı Qayıq - MİLDEN Layihəsi çərçivəsində “Gölcük” Gəmiqayırma Zavodunda ilk sualtı gəmi MİLDEN-1-in inşa işləri davam edir.


TF-2000 Layihəsi

MİLGEM-in 3-cü mərhələsi olan TF-2000 Hava Hücumundan Müdafiə Hərbi Esminesi Layihəsi çərçivəsində ilk gəmi olan TF-2000-1-in inşa işləri “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı daxilində davam edir.


Milli Aviadaşıyıcı Gəmi (MUGEM) Layihəsi

MUGEM Layihəsi çərçivəsində “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığı daxilində Milli Aviadaşıyıcı Gəminin inşa işləri davam edir.

Digər tərəfdən, Türkiyə müdafiə sənayesi Ukrayna üçün 2 ədəd MİLGEM korveti, Pakistan üçün 1 ədəd MİLGEM korveti, İraq üçün 3 ədəd Hücum Qayığı və Qətər üçün 2 ədəd Hücum Qayığı olmaqla, bir çox döyüş gəmisinin ölkə daxilində inşa fəaliyyətlərini davam etdirir. Digər tərəfdən, Malayziya üçün 3 ədəd MİLGEM korveti istehsal olunacaq.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin