Rusiya ordusu “Depesha” İQP-ləri təhvil aldığını açıqlayıb

2025/01/1736749244.jpg
Oxunub: 447     13:19     13 Yanvar 2025    
Rusiyanın müdafiə şirkəti “Vysokopotrechnye Komplexy” Rusiya ordusuna “Depesha” İnsansız Quru Platformalarının (İQP) bir partiyasını təhvil verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, “Depesha” İQP-si Rusiyanın “Signal” tədqiqat institutu tərəfindən hazırlanıb və ilk dəfə ötən il “Army-2024” müdafiə forumunda təqdim edilib.

Platforma dörd təkərli təkərli şassi üzərində qurulub, logistik tapşırıqları yerinə yetirmək və yaralıları evakuasiya etmək qabiliyyətinə malikdir.

Sistem, həmçinin döyüş moduluna malik hücum dronu kimi çıxış edə və ya çəkisi 200 kiloqrama qədər olan digər faydalı yükləri daşıya bilər.

İQP kobud ərazidə 30 km/saata qədər sürətlə hərəkət edə bilir. Onun mənzili, maksimum radiusu və işləmə müddəti məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Depesha  


Bizi "telegram"da izləyin