Ordu.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində Norveçin müdafiə naziri Byorn Arild Qram ilə görüşüb.
Görüş zamanı Norveçin müdafiə naziri ölkəsinin 2025-ci il üçün Ukraynaya hərbi dəstək məqsədilə 2 milyard avro ayırdığını açıqlayıb.
“Norveç 2025-ci ildə Ukraynaya tarixində ən böyük, yəni 2 milyard avrodan çox hərbi yardım göstərəcək”, - deyə açıqlamada qeyd edilir.
Umerov bu razılaşmaların iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə çıxaracağını vurğulayıb və Ukrayna üçün kritik sahə olan hava hücumundan müdafiənin gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.
Norveç, həmçinin Ukraynanın müdafiə sənayesinə və birgə layihələrə, o cümlədən silah-sursat istehsalına sərmayə qoymağa davam etmək niyyətində olduğunu açıqlayıb.
Yanvarın 9-da “Ramstein” aviabazasında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında Norveçin müdafiə naziri Ukraynaya pilotsuz uçuş aparatlarının alınması üçün təxminən 60 milyon avro ayrıldığını açıqlayıb.
Norveçin müdafiə naziri ölkəsinin bu qrupa dəstək və sərmayə qoyacağını da açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az