Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq lazımdır

2025/01/1736311439.jpg
Oxunub: 501     19:44     12 Yanvar 2025    
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq lazımdır.

Ordu.az xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals ABC televiziyasına müsahibəsində bildirib.

“Trampın nöqteyi-nəzərindən qarşı tərəflə hansısa münasibət və dialoqunuz olmasa, sövdələşmə əldə edə bilməzsiniz və biz bu dialoqu yaxın aylarda mütləq əldə edəcəyik” – müşavir deyib.

Vals həmçinin hesab edir ki, Trampın 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qələbəsindən sonra Qərbin və Ukraynanın münaqişəyə öz yanaşması dəyişib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin