İran-Ermənistan 400 kV-luq elektrik ötürmə xətti layihəsinin icrası müzakirə olunub

2026/06/1782404260.jpg
Oxunub: 209     20:10     25 İyun 2026    
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Narek Apitonyan İran nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, enerji sahəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərlə yanaşı, müzakirələrin əsas mövzusu İran-Ermənistan 400 kV-luq hava elektrik ötürmə xətti və müvafiq yarımstansiyanın tikintisi layihəsinin icrası olub.

Qeyd edilir ki, tərəflər layihənin icrasına birgə nəzarət etmək barədə razılığa gəliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin