DPA: Suriyanın xarici işlər naziri Berbok ilə görüşüb

2025/01/1736694770.jpg
Oxunub: 471     18:21     12 Yanvar 2025    
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ər-Riyadda Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə görüşüb.

Ordu.az xəbər verir ki, DPA agentliyi Almaniya nümayəndə heyətindəki mənbələrə istinadən yazır ki, onlar əl sıxaraq salamlaşıblar.

Qeyd edək ki, yanvarın 3-də Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Dəməşqə səfər edib. O vaxt Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qadınla əl sıxmaqdan imtina ediblər.

Onu da bildirək ki, Almaniyalı nazir Səudiyyə Ərəbistanının təşəbbüsü ilə bazar günü Ər-Riyadda Suriya üzrə genişləndirilmiş danışıqlarda iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   XİN   Almaniya  


Bizi "telegram"da izləyin