Livan Prezidenti: "Hizbullah" tərk-silah edilməlidir"

2025/01/1736602305.jpg
Oxunub: 688     16:45     11 Yanvar 2025    
Livanda “Hizbullah” tərk-silah edilməlidir.

Ordu.az “Azad İran”a istinadən xəbər verir ki, bunu Livanın yeni Prezidenti Cozef Aun bildirib.

“Ordu və rəsmi təhlükəsizlik qüvvələrinə silah daşımağa icazə verilir. Başqa qruplar isə tərk-silah ediləcək”, - o vurğulayıb.

Xatırladaq ki, C.Aun bu il yanvarın 9-da seçilib. O, Livanın 14-cü prezidentidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Hizbullah  


Bizi "telegram"da izləyin