Ordu.az xəbər verir ki, Qısa Mənzilli Tank Əleyhinə Silah “Karaok” qısa məsafədə hədəfə üstdən dalış icra edərək, zərbə qabiliyyəti ilə diqqət çəkir.
Son sınaq atışlarında öz performansını nümayiş etdirən ROKETSAN “Karaok”un tezliklə inventara daxil olacağı gözlənilir.
ROKETSAN sosial media hesabında etdiyi paylaşımda qeyd edib: “Karaok” portativ tank əleyhinə silahımız sınaq atışlarını uğurla başa vurdu. Hər addımda imkanlarımızı daha da inkişaf etdirərək, milli texnologiyalarımızı istehsal etməyə davam edirik”.
Sevinc Əliyeva
Ordu.az