Ordu.az xəbər verir ki, Tosyalı 2025-ci ilin ortalarında fəaliyyətə başlaması planlaşdırılan yeni zirehli vasitə istehsal fabrikinin aylıq 8 “Altay” tankı və 10 ədəd 8x8 avtomobil istehsal gücünə sahib olacağını bildirib.
“Yeni obyektimizdə zirehli vasitələr üçün tələb olunan bütün müasir sınaq qurğuları olacaq. Müxtəlif ərazi şəraitində sınaqdan keçirmək üçün hazırladığımız qabaqcıl sınaq sahəsini tamamladıq”, - deyə Tosyalı qeyd edib.
Tosyalı bu sahənin dünya nümunələri arasında ən qabaqcıl olduğunu vurğulayıb.
O, yerli və milli tank layihəsi olan “Altay”ın kütləvi istehsal prosesi haqqında da mühüm məlumatları paylaşıb: “25 illik arzumuz olan “Altay” tankının Silahlı Qüvvələrimizin ehtiyaclarına uyğun olaraq tamamilə yenidən dizayn edilmiş yeni versiyasını kütləvi istehsala hazır vəziyyətə gətirdik”.
Sevinc Əliyeva
Ordu.az