Cənubi Koreya təyyarəsinin "qara qutu”ları qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb

2025/01/1736581634.jpg
Oxunub: 507     11:31     11 Yanvar 2025    
Ötən il dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Cənubi Koreyanın Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib.

Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbini başa düşmək üçün "qara qutular"ın yazılarını təhlil etməyi planlaşdırırdı.

Qeyd olunub ki, səs yazısının bir hissəsinin itdiyi aşkar edildikdən sonra qeydiyyatçılar ABŞ-nin Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Təyyarə   Qara-qutu  


Bizi "telegram"da izləyin