Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
Fransa strateji muxtariyyət adlandırdığı, ölkənin ABŞ-dən və ya Çindən çox geri qalan iqtisadiyyatla bütöv bir döyüş təyyarəsi hazırlama, yaxud nüvə enerjisi ilə işləyən sualtı qayıq inşa etmə kimi imkanlarını qoruyub saxlamasına imkan verən sistemin xərclərini qarşılamaq üçün ixracata güvənir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatlarına görə, Fransa 2019-2023-cü illərdə ABŞ-dən sonra ikinci ən böyük silah ixracatçısı olub və qlobal silah ixracının 11%-ni həyata keçirib.
Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü bildirib: “Silahlarımızın ixracı müdafiə sənayesi və texnologiya bazamızı inkişaf etdirmək üçün çox vacibdir”.
Lekornü qeyd edib ki, ötənilki sifarişlərə “Dassault Aviation” şirkətinin “Rafale” reaktiv təyyarəsi və “Naval Group” sualtı qayıqları üçün təxminən 10 milyard avro daxildir.
Fransanın ümumi müdafiə ixracı sifarişləri 2022-ci ildəki rekord 27 milyard avrodan sonra 2023-cü ildə 8,2 milyard avroya çatıb.
Sevinc Əliyeva
Ordu.az