NATO Baş katibi: “Avropalı müttəfiqlər artıq ABŞ-nin müdafiə sənayesinə yüz milyardlarla dollar sərmayə qoyublar”

2025/01/BB1ra-1736577560.jpg
Oxunub: 537     13:46     11 Yanvar 2025    
NATO Baş katibi Mark Rutte avropalı müttəfiqlərin artıq ABŞ-nin müdafiə sənayesinə yüz milyardlarla dollar sərmayə qoyduğunu bildirib.

Ordu.az xəbər verir ki, Rutte Almaniya Mətbuat Agentliyinə (DPA) açıqlamasında Avropa ilə ABŞ-nin müdafiə sənayesi arasındakı əlaqələrlə bağlı qiymətləndirmə edib.

“Avropalı müttəfiqlər artıq ABŞ-nin müdafiə sənayesinə yüz milyardlarla dollar sərmayə qoyublar”, - deyə Rutte qeyd edib.

O vurğulayıb ki, əgər ABŞ müdafiə sənayesi Konqres, Pentaqon və Ağ Evdən icazə almağa ehtiyac duymasa, bu məbləğ əhəmiyyətli dərəcədə arta bilər.

Rutte Avropanın “Patriot” raketdən müdafiə sistemlərinə olan tələbinə işarə edərək qeyd edib: “Hər biri 2 milyard avroya başa gəlir. Beləliklə, bu, ABŞ iqtisadiyyatı üçün böyük məbləğdir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa  


Bizi "telegram"da izləyin