Ordu.az xəbər verir ki, sözügedən uçuşla KUB “gəzən sursat” ailəsinə yeni bir üzv əlavə edilib.
KUB-10E “Kalashnikov” tərəfindən inkişaf etdirilən KUB ailəsinin daha böyük modelidir.
Məlumata görə, KUB “gəzən sursatları” Ukraynada davam edən münaqişədə uğur qazanır və Rusiya qüvvələri tərəfindən müsbət rəylər alır.
Bu yeni model sələfləri ilə müqayisədə daha geniş hədəf spektrinə qarşı əməliyyat mənzilini, faydalı yük tutumunu və effektivliyi artırmaq üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az