KİV: Kaliforniyada yanğın qurbanlarının sayı 11-ə çatıb

2025/01/1736576145.jpg
Oxunub: 2822     09:58     11 Yanvar 2025    
Kaliforniya ştatının (ABŞ) Los-Anceles dairəsində baş verən yanğınlar nəticəsində azı 11 nəfər həlak olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Daha əvvəl ölənlərin sayı 10 nəfər idi.

Məlumata görə, beş nəfər Peliseyds yanğın zonasında, altı nəfər isə İton bölgəsindəki yanğında həlak olub.

Los-Anceles dairəsində 15,2 min hektar ümumi sahədə altı təbii yanğın davam edir. Ən böyük iki yanğın İton və Peliseydsdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaliforniya   Yanğın  


Bizi "telegram"da izləyin