İndoneziya Hindistanla “BrahMos” raketlərinin alışına dair danışıqlar aparır

2025/01/1736570637.jpg
Oxunub: 491     08:27     11 Yanvar 2025    
İndoneziya “BrahMos” qanadlı raketlərini əldə etmək istəyi ilə Hindistana müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İndoneziya Müdafiə Nazirliyi 450 milyon dollarlıq “BrahMos” sövdələşməsi ilə bağlı Hindistanın Cakartadakı səfirliyinə məktub göndərib.

Hindistan tərəfi İndoneziya tərəfdaşlarına ya Hindistan Dövlət Bankından, ya da digər Hindistan milli banklarından kredit təklif edir.

Təfərrüatlar üzərində iş aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Hindistan   BrahMos  


Bizi "telegram"da izləyin