Bayden və Zelenski arasında telefon danışığı olub

2025/01/1736570022.jpg
Oxunub: 372     02:06     11 Yanvar 2025    
ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.

"Prezident (Bayden - red.) Prezident Zelenski ilə bir neçə dəqiqə əvvəl telefonla danışdı", - o, brifinqdə deyib. Ağ Evin mətbuat katibi söhbətin təfərrüatlarını daha sonra açıqlayacağını söz verib.

Jan-Pyer qeyd edib ki, Amerika lideri Zelenski ilə Los Ancelesdəki güclü yanğınlar səbəbilə ləğv etdiyi səfər, o cümlədən Romadakı uğursuz görüş səbəbilə danışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Zelenski  


Bizi "telegram"da izləyin