Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Myanma HHQ komandanı tərəfindən verilən açıqlamaya görə, Cənub-Şərqi Asiya ölkəsi Mandalaydakı “Meiktila” aviabazasında yerləşən Aviasiya Məktəbində keçirilən mərasimlə 6 ədəd “Su-30SME” döyüş təyyarəsini rəsmi olaraq istifadəyə verib.
Myanma HHQ-nin yaradılmasının 77-ci ildönümü münasibətilə keçirilən mərasimə Myanma Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Min Aunq Hlainq rəhbərlik edib.
6 ədəd “Su-30SME” döyüş təyyarəsinin tədarükü ilə bağlı müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun 2018-ci ilin yanvarında Myanmaya səfəri zamanı bağlanıb.
6 ədəd “Su-30SME” döyüş təyyarəsinin alınması üçün müqavilənin dəyəri 400 milyon ABŞ dolları (1,8 milyard RM) olaraq qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az