Kiçik Donald Tramp Qrenlandiyaya şəxsi səfər edəcək

2025/01/1736227752.jpg
Oxunub: 472     02:43     07 Yanvar 2025    
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp, atasının Qrenlandiyanı almaq cəhdləri fonunda yanvarın 7-də Qrenlandiyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu məlumatı Qrenlandiyanın xarici işlər naziri Minnquak Kleyst "Danmarks Radio"ya təsdiqləyib.

Kleystin sözlərinə görə, Qrenlandiya hakimiyyəti səfər barədə əvvəlcədən məlumatlandırılıb. "Bu, şəxsi səfər olacaq. Qrenlandiya hökuməti ilə görüş üçün heç bir müraciət olmayıb," – o əlavə edib.

Qeyd edək ki, Donald Tramp əvvəlki prezidentliyi dövründə də Qrenlandiyanı almaq istəyini ifadə etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qrenlandiya  


Bizi "telegram"da izləyin