“Zyrone Dynamics”in ZD300 yük PUA-sı ilk dəfə olaraq inventara daxil olub - VİDEO

2025/01/1735892197.jpg
Oxunub: 783     13:41     11 Yanvar 2025    
Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən 30 kiloqram daşıma qabiliyyətinə malik kvadrokopter tipli yük Pilotsuz Uçuş Aparatı (PUA) ZD300-ün ilk dəfə yerli istifadəçiyə çatdırılması həyata keçirilib.

Ordu.az xəbər verir ki, PUA istehsalçısı “Zyrone Dynamics” müxtəlif siniflərdə inkişaf etdirdiyi həllər ilə ölkə daxilində və xaricdə ehtiyacları qarşılamaq üçün fəaliyyət göstərir.

Bu fəaliyyətlər çərçivəsində ilk dəfə 2023-cü ildə 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdirilən ZD300 PUA-sı xidmətə hazır vəziyyətə gətirilib və ilk çatdırılması ölkə daxilində həyata keçirilib.

Kompakt dizaynı ilə diqqət çəkən ZD300 öz sinfinin ən kiçik vasitəsi olmasına baxmayaraq, 30 kiloqrama qədər yük daşıya bilir. Bu xüsusiyyətləri ilə o, xüsusilə son çatdırılmalarında yeni bir standart təyin edir.

ZD300 şəhərdəki tıxacdan tutmuş kənd yerlərindəki giriş çətinliklərinə qədər bir çox logistik maneələri aradan qaldırmağı hədəfləyir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zyrone-Dynamics  


Bizi "telegram"da izləyin