Ordu.az xəbər verir ki, satın alınması planlaşdırılan sursat tədarükü planına “hava-hava”, “hava-quru”, gəmi əleyhinə və radiasiya əleyhinə raketlər, eləcə də “stand-off” sursatlarının daxil olacağı bildirilir.
Məlumata görə, Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığı silah və sursat ehtiyaclarının prioritet sıralamasını tamamlayıb və hazırlanmış əhatəli siyahını nəzərdən keçirilməsi üçün siyasi hakimiyyətə təqdim edib.
Bundan əlavə, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın ordu üçün “Gündəm 2030” islahatlarının ətraflı təqdimatını edəcəyi 2025-ci ilin ilk 2 ayı ərzində Yunanıstan HHQ-nin müdafiə tədarük planının rəsmi olaraq açıqlanması gözlənilir.
Qeyd edilir ki, raketlərin miqdarı və versiyaları, döyüş sursatı və texniki xüsusiyyətlər də daxil olmaqla, konkret detallar paylaşılmayacaq.
Sevinc Əliyeva
Ordu.az