Avstraliyanın VTOL qabiliyyətinə malik yeni zərbə PUA-sı ilk uçuşunu həyata keçirib

2024/12/1735107122.jpg
Oxunub: 541     10:19     31 Dekabr 2024    
“BAE Systems Australia” şirkəti şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malik yeni zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) STRIX-in ilk uçuşunu uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, “BAE Systems Australia” tərəfindən dizayn və istehsal edilən, VTOL qabiliyyətinə malik olan STRIX zərbə PUA-sı ilk uçuşunu uğurla başa vurub.

STRIX zərbə PUA-sının maketi ilk dəfə 2023-cü ilin martında Avstraliyanın Celonq şəhərində keçirilən “Avalon Airshow”da “BAE Systems Australia” stendində nümayiş etdirilib.

STRIX zərbə PUA-sı VTOL qabiliyyəti sayəsində uçuş-enmə zolağına ehtiyac olmadan hava-quru hücumlarından tutmuş kəşfiyyat, müşahidə və aşkarlama (ISR) missiyalarına qədər müxtəlif avtonom missiyaları yerinə yetirmək üçün nəzərdə tutulub.

Bu sayədə sistemin təhlükəli və ya sərt ekoloji şəraitdə personal yerləşdirməyə ehtiyac olmadan kritik vəzifələrin icrasında iştirak etməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   VTOL  


Bizi "telegram"da izləyin