Zelenski Britanya Baş naziri ilə Ukraynanın müdafiəsini müzakirə edib

2024/12/1734960255.jpg
Oxunub: 518     17:11     23 Dekabr 2024    
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski “X” platformasındakı paylaşımında bildirib.

Bildirilib ki, onlar əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən Ukraynanın müdafiə istehsalına investisiyaları müzakirə edib.

“Biz həmçinin Rusiyanın kölgə donanmasına qarşı sanksiyaların gücləndirilməsi, briqadaların təliminin təkmilləşdirilməsi, 100 illik Ukrayna-Böyük Britaniya tərəfdaşlıq sazişinin hazırlanmasını müzakirə etdik”- Zelenski qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Starmer  


Bizi "telegram"da izləyin