Lukaşenko prezident seçkilərində namizəd kimi qeydə alınıb

2024/10/1728463149.jpg
Oxunub: 394     13:08     23 Dekabr 2024    
Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Lukaşenko daxil olmaqla prezidentlik postu uğrunda 5 namizəd mübarizə aparacaq.

MSK-nın məlumatına görə, Lukaşenko namizədliyinin dəstəklənməsi üçün 2,5 milyondan çox, qalan namizədlər isə hər biri 100 mindən bir qədər çox imza toplayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Seçki  


Bizi "telegram"da izləyin