Filippin ABŞ-dən “Typhon” raket qurğularını almağı planlaşdırır

2024/12/1734940936.jpg
Oxunub: 465     11:52     23 Dekabr 2024    
Filippin hərbçiləri ABŞ-dən “Typhon” mobil yerüstü raket qurğularını almağı planlaşdırır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Filippin Quru Qoşunlarının general-leytenantı Roy Qalido bildirib.

"Biz onları almağı planlaşdırırıq. Onlar arxipelaqımızın müdafiə sistemlərinin tətbiqində funksionaldır", - o vurğulayıb.

General qeyd edib ki, adətən Filippində silahların alınması ən azı iki il çəkir.

ABŞ 2024-cü ildə iki ölkə arasındakı illik hərbi təlimlər çərçivəsində Filippinə “Typhon” qurğusunu göndərib. Çinin etirazlarına baxmayaraq, ABŞ komandanlığı bu silahı Filippində saxlamağa qərar verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   ABŞ   Typhon  


Bizi "telegram"da izləyin