Pentaqon 145 ədəd F-35 döyüş təyyarəsi üçün razılığa gəlib

2024/12/1734937125.jpg
Oxunub: 442     15:08     23 Dekabr 2024    
ABŞ Müdafiə Nazirliyi müdafiə sənayesi istehsalçısı “Lockheed Martin” ilə 145 ədəd F-35 döyüş təyyarəsinin istehsalı və tədarükü üçün 11,76 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Müqaviləyə ABŞ Hərbi Hava Qüvvələri üçün 48 ədəd F-35A, Dəniz Piyadaları Korpusu üçün 16 ədəd F-35B və 5 ədəd F-35C, ABŞ Hərbi Dəniz Qüvvələri üçün isə 14 ədəd F-35C təyyarəsi sifarişi daxildir.

Müqaviləyə əsasən, ABŞ Müdafiə Nazirliyindən kənar proqram tərəfdaşlarına 15 ədəd F-35A və 1 ədəd F-35B təyyarəsi, “Xarici Hərbi Satış” müştərilərinə isə 39 ədəd F-35A və 7 ədəd F-35B təyyarəsi ayrılacaq.

Bu açıqlama “SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın F-35 proqramını tənqid etməsinin yenidən gündəmə gəldiyi bir vaxtda verilib.

Dəfələrlə pilotlu döyüş təyyarələrinin mümkünlüyünü şübhə altına alan Mask “X” platformasındakı son paylaşımında F-35-in dizaynını tənqid edib.

Lakin tənqidlərə baxmayaraq, F-35 ABŞ-nin hərbi strategiyasının təməl daşı və müttəfiqlərin müdafiə təşəbbüslərinin əsas komponenti olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   F-35  


Bizi "telegram"da izləyin