Cənubi Koreyada hərbi bazada partlayış baş verib

2024/12/1733460082.jpg
Oxunub: 382     08:56     23 Dekabr 2024    
Cənubi Koreyanın cənub-şərqində yerləşən Gimhae şəhərindəki hərbi bazada partlayış baş verib.

Ordu.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, partlayış nəticəsində üç nəfər yanıq xəsarətləri alıb. Lakin onların həyati təhlükəsi olmadığı bildirilir. Qurbanların hərbi qulluqçu olmadığı qeyd edilir.

Hadisə, Kimxe təchizat bazasında yeni tikilmiş təhlükəli materialların saxlanması çəninin yoxlanılması zamanı baş verib. Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Partlayış  


Bizi "telegram"da izləyin