Tayvan qlobal dron bazarı üçün yeni mərkəz yaratmağı planlaşdırır

2024/10/1729343377.jpg
Oxunub: 445     08:54     23 Dekabr 2024    
Tayvan, Çzyai qraflığında pilotsuz uçuş aparatlarının (PUA) inkişafı və istehsalı üçün genişmiqyaslı sınaq mərkəzi qurmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, Tayvanın Sənaye İnkişafı Administrasiyasının (IDA) baş direktorunun müavini Tsou Yun Sin jurnalistlərə verdiyi açıqlamada, ölkənin qlobal dron bazarındakı payını artırmaq məqsədini vurğulayıb.

"Çzyai, möhkəm istehsal bazasına malikdir və İHA sənayesinin mərkəzinə çevrilməyə hazırdır. Hazırda böyük uçuş-enmə zolaqlarına malik sınaq obyektinə ehtiyacımız var," - deyə o, Focus Tayvan xəbər agentliyinə bildirib.

Yeni sınaq mərkəzinin yaradılması, Tayvanın pilotsuz təyyarə istehsalını əhəmiyyətli dərəcədə artırmaq planlarının bir hissəsi kimi təqdim edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Baza  


Bizi "telegram"da izləyin