Lavrov və Bədr Abdel Ati Suriyadakı vəziyyəti müzakirə edib

2024/12/1734931049.jpg
Oxunub: 398     02:28     23 Dekabr 2024    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Misirli həmkarı Bədr Abdel Ati ilə telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edib. Tərəflər, ölkənin suverenliyinə güclü dəstək ifadə edərək, "Suriyada davam edən hadisələr və cari Yaxın Şərq problemləri" ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az-ın məlumatına görə, Rusiya diplomatik departamentinin saytında verilən açıqlamaya görə, nazirlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres və Suriyanın xüsusi nümayəndəsi Geir Pedersenin Suriyada “sabitləşmə və vətəndaş sülhünün bərqərar olunmasına dəstək üçün beynəlxalq səylərin birləşdirilməsi” ilə bağlı fəaliyyətini dəstəkləyiblər.

Xarici İşlər Nazirliyi həmçinin bildirir ki, tərəflər Suriyanın "suverenliyinin, müstəqilliyinin, birliyinin və ərazi bütövlüyünün qorunmasına" güclü dəstək nümayiş etdiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Misir  


Bizi "telegram"da izləyin