ABŞ İran və Çinlə diplomatiyadan əl çəkmək niyyətində deyil

2024/10/1728453293.jpg
Oxunub: 426     02:36     23 Dekabr 2024    
Vaşinqton Tehran və Pekinlə münasibətlərdə diplomatiyadan əl çəkmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

"İran və Çin baxımından, mən hesab edirəm ki, təkcə çəkindirmə və qarşıdurma deyil, həm də diplomatiya imkanları var. Çinin timsalında, rəqabəti effektiv şəkildə idarə etmək və ikisinin nə olduğunu daha yaxşı başa düşməyə çalışmaq üçün diplomatiya lazımdır. Böyük güclər bir yerdə yaşaya bilər”, - deyə o “CNN İnternational”a deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Çin  


Bizi "telegram"da izləyin