Mask ABŞ-nin Avropanın müdafiəsi üçün xərclərini tənqid edib

2022/12/1670309995.jpg
Oxunub: 397     01:15     23 Dekabr 2024    
ABŞ Avropada müdafiə xərclərini azaltmalıdır.

Ordu.az xəbər verir ki, bunu iş adamı İlon Mask öz “X” hesabında bildirib.

"Niyə Amerika vergi ödəyiciləri Avropanın müdafiə xərclərinin dörddə birini maliyyələşdirir? Xüsusilə bizim böyük büdcə kəsirimizi və davamlı borc artımını nəzərə alsaq, bunun heç bir mənası yoxdur", - o deyib.

Xatırladaq ki, dekabrın 20-də Britaniyanın “Financial Times” qəzeti Trampın öz nümayəndələri vasitəsilə Avropadakı bəzi NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-nin 5%-nə qədər artırmağı tələb etmək niyyəti barədə məlumat paylaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   ABŞ  


Bizi "telegram"da izləyin