Türkiyə Ordusu İraqda terrorçulara aid xeyli sayda silah-sursat ələ keçirib

2024/12/1734879651.jpg
Oxunub: 585     17:59     22 Dekabr 2024    
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında axtarış tədbirləri keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Pənçə- Kilit" əməliyyatı çərçivəsində terrorçulara aid çoxlu sayda silah-sursat, o cümlədən üç AK-47 avtomatı və altı daraq, AK-47 avtomatına aid 553 müxtəlif çaplı güllə, 6 əl qumbarası, üç radio, bir telefon və başqa ləvazimatlar ələ keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin