Milli Nüvə Təhlükəsizliyi Agentliyi: ABŞ dəyişdirilmiş B61 nüvə bombalarının ilk partiyasını buraxıb

2024/12/1734871843.jpg
Oxunub: 558     16:44     22 Dekabr 2024    
ABŞ 2024-cü ildə dəyişdirilmiş B61 nüvə bombalarının ilk partiyasını istehsal edib.

Ordu.az xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Agentliyinin illik hesabatında bildirilib.

Agentliyin məlumatına görə, yeni bomba B61-12-nin daha güclü versiyasıdır. Təkmilləşdirilmiş silahlar ABŞ-a daha mürəkkəb və irimiqyaslı hərbi hədəfləri vurmaq üçün əlavə imkanlar verir. Məlumata görə, aydınlaşdırılıb ki, bombanın gücü 360 kilotona çatır.

Qeyd olunur ki, B61-12-ni tezliklə NATO-nun Avropadakı bazalarında yerləşdirilməyə başlayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B61  


Bizi "telegram"da izləyin