Türkiyə Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat yayıb

2024/11/1731138836.jpg
Oxunub: 527     15:47     22 Dekabr 2024    
Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 21-də Pakistanda naməlum silahlılar tərəfindən hərbi nəzarət-buraxılış məntəqəsinə edilən hücumla bağlı bəyanat yayıb.

Ordu.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə XİN bəyanatında bu qanlı hadisə zamanı çox sayda hərbçinin həlak olmasından ölkəsinin dərin kədər hissi keçirdiyini vurğulayıb.

“Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN  


Bizi "telegram"da izləyin