Ordu.az TRT Haberə istinadən xəbər verir ki, qəzada təcili yardım helikopterində olan 2 pilot, 1 həkim və 1 personalın həyatını itirdiyi öyrənilib.
Bu barədə Muğla valisi İdris Akbıyıki məlumat verib. Xəstəxanada zərərçəkən olmayıb.
İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə dalınca getmək istəyirmiş.
***
Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, helikopter Səhiyyə Nazirliyinin tabeliyində olub
Xəsarət alanlar barədə hələ məlumat yoxdur.
***
Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Helikopter binaya çırpıldıqdan sonra yerə düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.
Ordu.az