“Çelik Kubbe”nin çəkindirici gücü: SİPER (VİDEO)

2024/12/1734776360.jpg
Oxunub: 1033     12:54     22 Dekabr 2024    
Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti ASELSAN sosial media hesablarında uzun mənzilli regional Hava Hücumundan Müdafiə (HHM) sistemi “Siper”in yeni görüntülərini paylaşıb.

Edilən video paylaşımında qeyd edilib: “Çelik Kubbe”nin çəkindirici gücü “Siper” Uzun Mənzilli Regional Hava və Raketdən Müdafiə Sistemidir”.

“Çelik Kubbe”nin çəkindirici gücü olan “Siper Ürün-1”in son aylarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduğu açıqlanıb.

Uzaq mənzil və yüksək hündürlükdəki çəkindirici HHM gücünü təmin edən sistem qalxan rolunu oynayacaq.


“Siper” sistemi döyüş təyyarələri və qanadlı raketlər, eləcə də “hava-yer” döyüş sursatı kimi hava hədəflərini vurmaq qabiliyyətinə malikdir. Bundan əlavə, daha təkmil imkanları ehtiva edən “Siper Ürün-2” sistemi üçün inkişaf səyləri davam edir. Bu yeni sistemin Türkiyənin HHM imkanlarını daha da gücləndirəcəyi gözlənilir.

“Çelik Kubbe” Layihəsi

2024-cü il avqustun 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Türkiyə müdafiə sənayesinin çatdığı səviyyə, gələcək hədəfləri və kritik layihələri ilə bağlı mühüm qiymətləndirmələr aparılıb.

İclasda təbəqəli HHM sistemlərinin, bütün sensor və silahların inteqrasiyalı işləməsini təmin edən yerli və milli “Çelik Kubbe” layihəsi də müzakirə edilib.

Yerli və milli layihə “Çelik Kubbe” təmin edəcək:

- Təbəqəli HHM sistemləri ilə bütün sensor və silahların bir şəbəkə quruluşu altında bir-biri ilə inteqrasiya olunmuş şəkildə işləməsini,
- Ümumi hava rəsminin formalaşdırılmasını,
- Real vaxt rejimində əməliyyat mərkəzlərinə çatdırılmasını,
- Süni zəka dəstəyi ilə qərar qəbul edənlərə təqdim edilməsini.


“Çelik Kubbe” layihəsi ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və MKE şirkətləri tərəfindən birgə həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çelik-Kubbe   SİPER  


Bizi "telegram"da izləyin