Britaniyanın müdafiə büdcəsi 56 faiz artmalıdır

2024/12/1734776031.jpg
Oxunub: 576     16:13     23 Dekabr 2024    
Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamalarına görə, ölkənin müdafiə büdcəsi 56 faiz artmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bu məbləğ cari hədəf olan 2,5 faizdən xeyli yuxarı olacaq və illik xərcləri 90 milyard funt-sterlinqdən çoxa çatdıracaq.

Müdafiə Nazirliyinin daxili hesablamalarına görə, Britaniya öz ordusunu modernləşdirmək, eyni zamanda nüvə çəkindiriciliyini qorumaq və NATO qarşısındakı öhdəliklərini yerinə yetirmək istəyirsə, ÜDM-nin 3,6 faizini müdafiəyə xərcləməlidir.

Bu rəqəm cari 2,3 faizlik xərclər səviyyəsində 56 faiz artım deməkdir və Britaniyanın ağır maliyyə vəziyyətini nəzərə alaraq, tamamilə qeyri-real tələb kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin