Zelenski: "Ukraynanın güclənməsi müharibənin sonunu yaxınlaşdırır"

2024/08/1724762464.jpg
Oxunub: 451     20:35     19 Dekabr 2024    
Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü yaxınlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü ilə bağlı "X"də yazıb.

Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas müzakirə mövzusu olub.

V.Zelenski bildirib ki, Ukrayna gələn ilin ikitərəfli münasibətlər üçün mümkün qədər məhsuldar olmasına ümid edir.

"Bu gün biz strateji enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, Ukraynanın cari müdafiə ehtiyaclarını müzakirə etdik", - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-də prezident seçkilərində qalib gəlmiş Donald Tramp müharibənin dayandırılmasında müəyyən irəliləyişin olduğunu bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin