Əl-Culani: "Suriyanın yeni hakimiyyətinin "Əl-Qaidə" ilə əlaqəsi yoxdur"

2024/12/1734620742.jpg
Oxunub: 718     18:35     19 Dekabr 2024    
Suriyanın yeni hakimiyyətinin hazırda "Əl-Qaidə" terror qruplaşması ilə heç bir əlaqəsi yoxdur və yalnız öz ölkəsinin maraqları naminə fəaliyyət göstərir.

Ordu.az xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) “Al Arabiya” telekanalına verdiyi açıqlamada deyib.

"Biz "Əl-Qaidə" ilə əlaqələri kəsmişik. Bu qruplaşma ilə münasibətlərimiz keçmişdə qalıb", - o bildirib.

Əhməd əş-Şara hazırda Suriyanın ali maraqlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əl-Culani   Suriya  


Bizi "telegram"da izləyin