Putin: "Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram"

2024/03/1710562743.jpg
Oxunub: 562     17:40     19 Dekabr 2024    
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydeni əfv etməsinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Baydeni oğlunu əfv etdiyinə görə qınamadığını deyib.

“Bayden oğlunu əfv etdi, halbuki bunu etməyəcəyini demişdi. Bayden haqqında danışarkən onun siyasətçi olduğunu nəzərə almaq lazımdır. Vacib bir məsələ var: Onda hansı keyfiyyət çoxdur – siyasət, yoxsa insanlıq. Belə çıxır ki, Baydendə insanlıq çoxdur. Mən buna görə onu qınamazdım”, - deyə Rusiya lideri vurğulayıb.

Putin Hanter Baydenin əfv edilməsini əsir götürülən oğlunu dəyişdirməyə razı olmayan Stalinin addımı ilə müqayisə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Bayden  


Bizi "telegram"da izləyin