Ordu.az xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında nə vaxtsa cəmiyyətin Leninin nəşinin dəfninə hazır olacağını söyləyib.
Putin bildirib ki, hazırda cəmiyyəti parçalayan qərarlar qəbul etmək olmaz: "Lakin nə vaxtsa cəmiyyət buna gələcək".
Qeyd edək ki, Leninin mumyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə saxlanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.
Ordu.az