Ordu.az xəbər verir ki, HTŞ şimal-qərbdə İdlibi idarə edərkən, Türkiyənin dəstəklədiyi SMO qoşunları Hələb ətrafında cəmləşib.
Əvvəllər HTŞ ilə SMO arasında gərginlik olub, bu gərginlik bəzən qanlı toqquşmalara səbəb olub.
Digər tərəfdən, HTŞ-nin liderliyi ilə başlayan və dekabrın 8-də Bəşər Əsəd hökumətinin devrilməsi ilə nəticələnən hücumlarda SMO çətiri altında olan qrupların da iştirak etdiyi bildirilib.
“BBC Türkçe”yə müsahibə verən ekspertlər Əsədi devirmək kimi ortaq məqsədə çatdıqdan sonra qruplar arasında fərqli gərginliklər, xüsusilə də hakimiyyət mübarizəsi riskinin olduğunu deyirlər.
Bölgəni yaxından izləyən ekspertlər Türkiyənin SMO ilə HTŞ arasında “konsensus və birlik” yaratmasının yeni dövrdə Suriyanın sabitliyi üçün əhəmiyyətli olduğunu vurğulayırlar.
SMO və HTŞ-nin bəzi qruplaşmaları arasında zaman-zaman şiddətli qarşıdurmalar olur. 2022-ci ilin oktyabrında başlayan son toqquşmalar Türkiyə ordusunun müdaxiləsi ilə nəticələnib.
Sevinc Əliyeva
Ordu.az