“Altay” tankı 2025-ci ildə kütləvi istehsala keçəcək

2024/12/1734589458.jpg
Oxunub: 815     14:13     19 Dekabr 2024    
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Altay” tankının inventara daxil olması ilə bağlı gecikmələr və Türkiyənin müdafiə sənayesindəki uğurları barədə mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Yılmaz müdafiə sənayesinin strateji əhəmiyyətinə toxunub.

“Altay” tankının normal olaraq 2015-ci ildə inventara daxil olması gözlənilirdi. Lakin bu gecikmə Almaniyanın konfiqurasiyadakı alt sistemlər, xüsusən də mühərrik və transmissiya üçün ixrac lisenziyası verməməsi səbəbindən baş verdi”, - deyə o qeyd edib.

Yılmaz vurğulayıb ki, bu vəziyyət müdafiə sənayesinin üzləşdiyi çətinlikləri açıq şəkildə ortaya qoyur.

“Bu, müdafiə sənayesinin nə qədər çətin olduğunu göstərən gözəl nümunədir. Açıq və qapalı sanksiyalar və embarqolarla üzləşsək də, müdafiə sənayesində ciddi uğurlar əldə etmişik. İndi bu maneələri aradan qaldırmaq, “Altay” tanklarının kütləvi istehsalına başlamaq və 2025-ci ilin avqust ayında inventara qəbul etməyə başlamaq planlaşdırılır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altay   Tank  


Bizi "telegram"da izləyin