ROKETSAN Baş direktoru: “Demir Pençe” ilə təhdidlər mənbəyində aradan qaldırılacaq”

2024/12/1734589201.jpg
Oxunub: 535     15:19     19 Dekabr 2024    
ROKETSAN-ın Baş direktoru Murat İkinci Türkiyə müdafiə sənayesinin Pilotsuz Uçuş Aparatı (PUA) texnologiyaları və innovativ silah sistemlərində əldə etdiyi əhəmiyyətli irəliləyişlər haqqında diqqətçəkən açıqlamalar verib.

Ordu.az xəbər verir ki, İkinci idarə olunan sursat inteqrasiyası və yeni nəsil raket texnologiyaları ilə PUA-ların çatdığı səviyyənin bütün dünyada nümunə olduğunu bildirib.

“MAM-C və MAM-L ilə başlayan macəra bu gün 150 kilometrə qədər təsirli və müxtəlif missiya ehtiyaclarına cavab verən bir silah sistemləri ailəsinə çevrilib”, - deyə İkinci qeyd edib.

ROKETSAN-ın Baş direktoru bu uğuru “Çakır” ağıllı qanadlı raketi, İHA-122 və İHA-230 kimi yeni sistemlərlə daha da irəli apardıqlarını vurğulayıb.

O bu silahların səs sürətindən xeyli yüksək sürətlərlə hədəfləri vurmaq qabiliyyətinə malik olduğunu vurğulayıb.

İkinci müdafiə sənayesinin gələcək hədəflərindən də danışıb:

“Məqsədimiz daha uzun mənzilli, daha böyük çaplı və daha sürətli uçan silah sistemlərini zərbə PUA-larımıza inteqrasiya etməkdir. Biz bu yeni konsepsiyaya “Demir Pençe” adını verdik. Bu sistemlə təhdidlər mənbəyində aradan qaldırılacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Türkiyə  


Bizi "telegram"da izləyin