Ordu.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, müdafiə naziri Zukan Helez Türkiyədən gələn BMC rəsmiləri ilə görüş keçirib.
Görüşdə Helezdən başqa Bosniya və Herseqovina Silahlı Qüvvələrinin rəis müavini general-mayor Mirsad Ahmiç, Türkiyənin Sarayevodakı səfirliyinin hərbi attaşesi Murat Kul və BMC rəsmiləri iştirak ediblər.
Görüşdə Bosniya və Herseqovina Silahlı Qüvvələrinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib, BMC rəsmiləri “Kirpi II” və şirkətin digər məhsulları haqqında təqdimatla çıxış ediblər.
Bəyanatda fikirlərinə yer verilən nazir Helez şirkətin məhsullarının dünya səviyyəsində tanınan məhsul olduğunu ifadə edərək, bu məsələyə üstünlük verdiyi üçün Bosniya və Herseqovinaya təşəkkür edib.
Şirkətlə əməkdaşlığın Türkiyə ilə Bosniya və Herseqovina arasındakı dostluq əlaqələrinin sübutu olduğunu deyən Helez “Kirpi II”nin ilk tədarükünün 2025-ci ilin mart ayında həyata keçiriləcəyindən də məmnunluğunu ifadə edib.
Sevinc Əliyeva
Ordu.az