“Samsun Yurt Savunma” 2024-cü ildə ixrac gəlirlərini 28 faiz artırıb

2024/12/image-1734588888.jpg
Oxunub: 465     15:29     23 Dekabr 2024    
“CANiK”in də daxil olduğu “Samsun Yurt Savunma (SYS) Grup” 2024-cü ildə dollar ifadəsində daxili satışlarını 25 faiz, ixracat gəlirlərini isə 28 faiz artırıb.

Ordu.az xəbər verir ki, qrup 2025-ci ildə hədəflərini daha da genişləndirərək, sektordakı yüksəlişini davam etdirməyi hədəfləyir.

Türkiyə müdafiə sənayesinin aparıcı nümayəndələrindən biri olan “SYS Grup” “CANiK”in rəhbərliyi altında 2024-cü il ərzində təsirli artım nümayiş etdirib.

Yüksək əlavə dəyərli məhsulları ilə daxildə və xaricdə təhlükəsizlik qüvvələrinin etibarlı köməkçisi kimi öhdəlik götürmüş “SYS Grup” şirkətləri bu uğuru iqtisadi göstəricilərdə də əks etdirib.

Qrup daxilində fəaliyyət göstərən “CANiK”, “AEI Systems” və “Unirobotics” şirkətləri tərəfindən layihələndirilən, işlənib hazırlanan və istehsal edilən silahların, silah aksesuarlarının, zenit, orta çaplı top və uzaqdan idarə olunan silah sistemlərinin istifadəçilərə çatdırılması istiqamətində intensiv iş aparılıb.

Beləliklə, bütün dünyada müdafiə sənayesi məhsullarına tələbatın artdığı bir dövrdə etibarlı təchizatçı olaraq tədarüklər vaxtında və heç bir problem olmadan tamamlanıb.

Bu səylər nəticəsində “SYS Grup”un təkcə Türkiyədəki istehsalının satış gəlirləri 2024-cü ildə dollar ifadəsində 25 faiz artaraq, 147,7 milyon dollardan 185 milyon dollara yüksəlib. İxrac gəlirləri də 28 faiz artaraq, 137 milyon dollardan 175 milyon dollara yüksəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   CANiK   SYS  


Bizi "telegram"da izləyin