Türkiyənin kosmosdakı gözlərindən “Göktürk” peykləri yeni yaşını qeyd edir

2024/12/6333-1734588716.jpg
Oxunub: 403     14:09     19 Dekabr 2024    
Türkiyənin kəşfiyyat və müşahidə peykləri “Göktürk-1” və “Göktürk-2” bu ay yeni yaşlarını qeyd edərkən, bütün gözlər peyklərin yenilənmə işlərinə yönəlib.

Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının tərkibindəki Kəşfiyyat Peyk Taboru Komandanlığı personalının komandanlıq etdiyi “Göktürk-2” peyki 2012-ci il dekabrın 18-də, “Göktürk-1” peyki isə 2016-cı il dekabrın 5-də kosmosa buraxılıb.

Türkiyə Silahlı Qüvvələrinin hədəf kəşfiyyatı üçün peyk görüntüsü ehtiyacını qarşılayan “Göktürk-1” kosmosda xidmət etdiyi 8 il ərzində dünyanı 42 min 700 dəfə dövrə vurub və 322 min 607 kadr görüntü çəkib.

Yerin alçaq orbitində oturan peyk dövlət qurum və təşkilatları üçün ətraf mühitin və tikintinin monitorinqi, kənd təsərrüfatı məhsuldarlığının təyini, bələdiyyə tətbiqləri, sərhəd nəzarəti və kadastr fəaliyyətləri kimi bir çox sahədə vəzifə yerinə yetirə bilir.

“Göktürk-1” peyki 680 kilometr orbital yüksəklikdə saniyədə 7,5 kilometr sürətlə hərəkət edir. Coğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən kəşfiyyat apara bilən “Göktürk-1” 0,50 metrlik ayırdetmə qabiliyyəti ilə görüntü göndərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Göktürk  


Bizi "telegram"da izləyin