Ordu.az xəbər verir ki, Ukrayna ordusunda İnsansız Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski konfrans zamanı “Tryzub” adlı yeni lazer silahının 2 kilometrdən çox hündürlükdə hədəfləri vura bildiyini bildirib.
O, həmçinin silahın real olduğunu və hazırda əməliyyat qabiliyyətli vəziyyətdə olduğunu qeyd edib. Lakin Suxarevski dəqiq harada yerləşdirildiyini açıqlamayıb.
Suxarevski verdiyi açıqlamada deyib: “Biz təsdiq edə bilərik ki, Ukrayna belə lazerə malik olan beşinci ölkədir”.
Antidron texnologiyasının yerli şirkət tərəfindən istehsal edildiyi, yoxsa başqa ölkədən alındığı hələ aydın deyil. Lakin silahın adı olan “Tryzub” silahın böyük ehtimalla yerli istehsal olduğunu göstərir.
“Tryzub”un təqdim edilməsindən əvvəl Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Ukraynaya “DragonFire” lazer silahı tədarükü ideyasını irəli sürüb.
Şapps bu sistemin xüsusilə Rusiyanın hücum məqsədli PUA-lardan istifadəsini gücləndirdiyi bir vaxtda münaqişə üçün “böyük nəticələrə” səbəb ola biləcəyini iddia edib.
Sevinc Əliyeva
Ordu.az